QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Moskvada yerləşən “RIO Sevastopolski” ticarət mərkəzində yanğın baş verib.
Alov Bolşaya Çeremuşkinskaya küçəsindəki ticarət mərkəzinin havalandırma şaxtasında başlayıb. Hadisə zamanı binadan 1500 nəfər təxliyə olunub.
Yanğının sonradan söndürüldüyü bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.