QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo peşəkar karyerasını başa vurduqdan illər sonra futbola dönmək qərarının səbəblərindən danışıb. O, qayıdışını “Ravenna” klubunun prezidenti İqnatsio Çipriani ilə dostluğu və birgə gələcək planları ilə əlaqələndirib.

Ronaldinyo bildirib ki, həyatında yadda qalan, özünəməxsus bir an yaşamaq niyyətindədir və həmin günün digər futbolçular üçün də xüsusi olacağına ümid edir.

Onun sözlərinə görə, karyerasını bitirdikdən sonra qazandıqlarını dəyərləndirib və istədiyi hər şeyə nail olduğunu anlayıb. İndi yenidən futbol oynamaq fürsətindən zövq aldığını deyən braziliyalı, azarkeşlərə gözəl gün yaşatmaq istədiyini və yeni macəraya böyük məmnuniyyətlə başladığını qeyd edib.

46 yaşlı futbolçunun “Ravenna”nın heyətində ilk oyununu İtaliya C Seriyasında “Forli”yə qarşı keçirməsi gözlənilir.