QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə araq içməyə məcbur edildiyini söyləyib.

Conson bu barədə “Tres Respuestas” proqramında danışıb. Onun sözlərinə görə, hadisə 2017-ci ildə, Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik etdiyi və Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı vaxt baş verib.

Keçmiş baş nazir Rusiyanın paytaxtına səfəri zamanı diplomatik əlaqələrin bərpasının asan olmadığını qeyd edib. Conson bildirib ki, buxarı qarşısında “çoxlu miqdarda” araq içməli olub.

“Bu, sanki Viktoriya dövrünün özəl məktəbində verilən cəza kimi hiss olunurdu. Dəhşətli idi”, - deyə Conson bildirib.