QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda Zəfər Tağını ziyarət ediblər. Dövlət və hökumət rəsmiləri də abidənin önündə olublar.

Ziyarət zamanı Zəfər Tağının qarşısına gül dəstələri düzülüb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiramla yad edilib.