QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma üzrə irəliləyiş əldə ediləcəyi halda zərbələrin yenidən başlanmasının ehtimalını aşağı qiymətləndirib.

Tramp CNN-ə müsahibəsində bildirib ki, bunun baş verib-verməməsi İranın ciddi saziş imzalayıb-imzalamayacağından asılıdır.

“Buna ehtiyac yaranması ehtimalı çox aşağıdır. Çox güman ki, buna ehtiyac olmayacaq. Onlar razılaşma əldə etməkdə çox maraqlıdırlar”, – deyə ABŞ prezidenti qeyd edib.