QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ilə bağlı videoçarx yayımlayıb.
Türkiyə lideri görüntüləri “X” sosial şəbəkə hesabında paylaşıb.
Ərdoğan paylaşımında “Birdir bizim hər halımız, sevincimiz, kədərimiz, bayraqlarda hilalımız... Azərbaycan–Türkiyə” sözlərini yazıb.