Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində təkbətək görüş keçirilib. Həmin görüşdə ikitərəfli tərəfdaşlığın müxtəlif sahələri, iki ölkə arasındakı gündəlik məsələlər və əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub. Görüşdən sonra ölkələr arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının keçirilməsi planlaşdırıldığı bildirilir.