QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 27-də səhər Estoniyanın cənub-şərqində və cənubunda pilotsuz uçuş aparatları ilə bağlı təhlükə səbəbindən hava həyəcanı elan olunub, NATO müttəfiqlərinin qırıcıları isə havaya qaldırılıb.

Estoniya Silahlı Qüvvələri səhər tezdən Tartu, Yıgeva (Jigeva), Vilyandi, Valqa, Vıru (Vir) və Pılva (Pilva) qraflıqlarında hava təhlükəsi barədə xəbərdarlıq yayıb. Hərbi nümayəndələr dron təhlükəsi ilə əlaqədar NATO qırıcılarının uçuşa başladığını təsdiqləyiblər. Hava məkanının pozulması barədə indiyədək məlumat yoxdur.

Ötən gecə Latviyanın Ludza və Balvi bölgələrində də hava hücumu təhlükəsi elan edilib. Buna səbəb naməlum dronun ölkənin hava məkanına qısa müddətə daxil olması olub.

Bundan əvvəl, cümə gecəsi Ukraynanın uzunmənzilli dronlarla Sankt-Peterburqa və Rusiyanın Leninqrad vilayətinə genişmiqyaslı hücum etdiyi bildirilmişdi.