QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İranın İlam vilayətində sərnişin avtobusunun aşması 11 nəfərin ölümü, 19 nəfərin isə yaralanması ilə nəticələnib.
Qəza Dəşt-Abbas-Mormuri avtomobil yolunda baş verib. Yaralıların yaxınlıqdakı səhiyyə müəssisələrinə yerləşdirildiyi bildirilib.
Hadisənin dəqiq səbəbi açıqlanmayıb. Qəza ilə bağlı araşdırma aparılır.