QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İranın İlam vilayətində baş verən avtobus qəzasında ölənlərin sayı 11-ə, yaralıların sayı isə 19-a çatıb. Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində məlumat verib.

Sərnişin avtobusu Dəşt-Abbas–Mormuri avtomobil yolunda aşıb. Xəsarət alan 19 nəfər xəstəxanaya aparılıb.

İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti hadisədən sonra IRIB-ə ən azı 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Daha sonra itkilərlə bağlı rəqəmlər yenilənib.

İran Səhiyyə Nazirliyinin rəsmisi yol qəzalarının qarşısının alınması üçün sürücülərin məsuliyyətli davranmasının əhəmiyyətini qeyd edib. Hadisənin dəqiq səbəbi barədə məlumat açıqlanmayıb.