QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Türkiyənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dünya miqyasında böyük gücə çevrildiyini bildirib.

Dövlət başçısı bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata verdiyi bəyanatda səsləndirib. Onun sözlərinə görə, Ankara həm regiondakı proseslərə, həm də qlobal əhəmiyyətli məsələlərə təsir göstərir.

“Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır, bizi çox sevindirir və bizi də gücləndirir”, – İlham Əliyev qeyd edib.