QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, müdafiə naziri Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub. Bu barədə Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimində danışıb.
“Zakir Həsənov xəstələndi, Covid oldu”, – İlham Əliyev bildirib.
Dövlət başçısı müdafiə nazirinin müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevə Həsənova salam çatdırmağı tapşırıb və ona şəfa arzulayıb.