QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Ovyedo” Raul Qonsalesi komandanın baş məşqçisi vəzifəsinə gətirib. İspaniya klubunun mətbuat xidməti təyinatı açıqlayıb.

Qonsaleslə imzalanan müqavilə 2028-ci ilin yayında başa çatacaq.

İspaniyanın ikinci liqası Sequndada çıxış edən “Ovyedo” 13 turdan sonra 21 xal toplayıb və turnir cədvəlində doqquzuncu yerdədir. Komanda ötən mövsüm La Liqanı sonuncu pillədə tamamlayıb.

Raul 1994–2010-cu illərdə “Real Madrid”in formasını geyinib. Bu müddət ərzində Madrid klubunda 741 matçda meydana çıxaraq 323 qol vurub.

Qonsales məşqçilik fəaliyyətinə 2018-ci ildə “Real Madrid” sistemində başlayıb. O, 2025-ci ildə klubdan ayrılıb.