QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyənin İzmir vilayətinin Aliağa rayonundakı HABAŞ Dəmir-Polad Zavodunda 16 nəfərin həyatını itirdiyi partlayışla əlaqədar altı şübhəli saxlanılıb.

Hadisə üzrə dərhal cinayət işi açılıb. İlkin araşdırma zamanı partlayışda təqsiri olduğu müəyyən edilən altı nəfər tutulub.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.