QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Vaşinqtonda baş verən yol-nəqliyyat hadisəsi və Ağ Evin qorunan sahəsinə daxil olmaq cəhdindən sonra prezident iqamətgahında təhlükəsizlik tədbirləri artırılıb.
Avtomobil Ağ Evin şimalındakı Lafayet parkı yaxınlığında səkiyə çıxaraq yol nişanına dəyib. Hadisədən sonra sürücü ABŞ Məxfi Xidmətinin və Milli Qvardiyanın əməkdaşları ilə mübahisə edib, daha sonra saxlanılıb. Xəsarət alanlarla bağlı məlumat açıqlanmayıb.
Hadisə yerli vaxtla saat 10:00 radələrində qeydə alınıb. Təxminən həmin vaxt başqa bir şəxs iqamətgahdan iki kvartal məsafədəki hasardan aşaraq əraziyə girməyə çalışıb. O da tutulub.
Hadisələrdən sonra Ağ Evə giriş bir müddətə məhdudlaşdırılıb, yaxınlıqda olan jurnalistlər binanın daxilinə aparılıblar. İki olay arasında əlaqə olub-olmadığı hələ bəlli deyil. ABŞ Prezidenti Donald Tramp hadisələr zamanı Ağ Evdə olub.