QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf İsrailin ABŞ-ni İranla uzunmüddətli müharibəyə cəlb etməyə çalışdığını bildirib.

Qalibaf bu fikirləri “X” hesabında paylaşaraq Vaşinqton administrasiyasına “Israel-First” siyasətindən imtina etmək çağırışı edib.

Onun sözlərinə görə, İsrail rəhbərliyi ABŞ-ni İranla davamlı hərbi qarşıdurmaya sürükləmək üçün ciddi səylər göstərir. Qalibaf mümkün müharibəni həm Respublikaçı, həm də Demokrat prezidentin qarşısını ala bilməyəcəyi bataqlıq kimi qiymətləndirib.

O qeyd edib ki, Vaşinqton “Israel-First” yanaşmasını dəyişməsə, ABŞ və müttəfiqləri qaranlıq dövrə daxil olacaqlar.