QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Xalq artisti Mübariz Tağıyev gənclərin peşə və sənət seçimi barədə fikirlərini bölüşüb.
Müğənni “Qonaqcanlı” verilişində çıxışı zamanı deyib ki, 20 yaşını keçənədək sənət sahəsində nəticə əldə edə bilməyən gənclər başqa istiqamət seçməyi nəzərdən keçirməlidirlər.
“Bu sənət aləminə gələn uşaqlar 20 yaşı keçiblərsə və bir heç nə edə bilməyiblərsə, özlərinə başqa sənət axtarsınlar. 20 yaşdan sonra müğənnilikdə və ya başqa sahədə bir qığılcım varsa, deməli, alınacaq. Yoxdursa, başqa sənət axtarmaq lazımdır. Əks halda, küçələrdə qalacaqsan.
Bir məsələ də var. Dahi Rəşid Behbudov deyirdi ki, peşəkarlığın bir zirvəsi də 50 yaşdan sonra başlayır”, – deyə Tağıyev bildirib.