QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İran Bəhreyndəki Əl-Rifaa helikopter bazasında yerləşən ABŞ-yə məxsus hava hücumundan müdafiə radarının hücuma məruz qaldığını bildirib.

İranın Press TV telekanalı məlumatı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadla yayıb. Bildirilib ki, bazadakı radar altı pilotsuz uçuş aparatının (PUA) hədəfi olub.

İran tərəfi ABŞ-nin neft tankerlərini Hörmüz boğazından keçirmək cəhdlərinin nəticəsiz qaldığını da iddia edib. Açıqlamada boğazın gəmiçilik üçün bağlı olduğu və ABŞ-nin istənilən təcavüzünə daha sərt cavab veriləcəyi bildirilib.