QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İranın Mormuri-Dəşt Abbas avtomobil yolunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.

İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur hadisə barədə “X” sosial şəbəkəsində paylaşım edib. Yaralıların müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Açıqlamada yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının hər kəsin məsuliyyəti olduğu vurğulanıb. Həmçinin sürücülərin avtomobil idarə edərkən diqqətli və məsuliyyətli davranmasının yol təhlükəsizliyi üçün əhəmiyyəti qeyd olunub.