QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, işğal olunmuş rayonun işğalından sonra dünyaya gələn bəzi uşaqlara məcburi köçkün statusu veriləcək və bu statusu təsdiqləyən vəsiqə təqdim olunacaq.
Qərar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəyişiklik etdiyi qaydalarda əksini tapıb. Şərtə görə, uşağın atası məcburi köçkün statusuna malik olmalı, hər iki valideyninin daimi yaşayış yeri üzrə qeydiyyatı isə işğal altında olan rayon və ya şəhərdə olmalıdır.
Xidməti vəzifə və qanunvericilikdə nəzərdə tutulan digər səbəblərlə başqa şəhər və rayonlarda daimi qeydiyyata düşmüş valideynlər bu müddəanın əhatəsinə daxil deyil.