QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti qarşılaşmasını keçirib.

Lənkəran Olimpiya İdman Kompleksində Çexiya yığması ilə üz-üzə gələn komandalar oyunu 2:2 hesabı ilə başa vurublar. Azərbaycan millisinin hər iki qolunu Kənan Manafov vurub. Rəqibdə isə Mixael Seydler fərqlənib, digər qol Murad Quluzadənin avtoqolu nəticəsində qeydə alınıb.

Komandaların ilk görüşündə Çexiya seçməsi 2:1 hesabı ilə qalib gəlmişdi.

Azərbaycan millisi növbəti matçını noyabrın 8-də Bakıda Latviya yığmasına qarşı keçirəcək.