QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrükdən bəyan edilmədən keçirilməsi nəzərdə tutulan tibbi təyinatlı malları aşkar ediblər.

“Qırmızı Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı qoşquda mal müşayiət sənədlərində yer almayan 10 adda, ümumilikdə 480 ədəd tibbi istifadə üçün məhsul aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.