QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda evli qadınla birgə yaşayan evli kişi inzibati məsuliyyətə cəlb olunub.

Rayonlardan birində baş verən hadisədə 28 yaşlı Səfa Kərimov (şərti ad) polisə bildirib ki, birlikdə yaşadığı qadının qohumları onların evinə hücum edib. Şikayətlə bağlı ünvana gələn polis əməkdaşları Kərimovun səs-küy salaraq ictimai asayişi pozduğunu və qanuni tələblərə əməl etmədiyini qeydə alıblar. O saxlanılıb, barəsində müvafiq protokollar tərtib edilib.

Kərimov məhkəmədə deyib ki, özü də, Arzu (şərti ad) da evli olsalar da, bir müddətdir birlikdə yaşayırlar. Qadının əri və qohumlarının yaşadıqları evə hücum etdiyini əsas gətirərək polisə müraciət etdiyini bildirib. Polis əməkdaşları onu şöbəyə dəvət edərkən qanunsuz hərəkətlərə yol verib. Himayəsində azyaşlı övladının olduğunu qeyd edən Kərimov daha yüngül cəza istəyib.

Məhkəmənin qərarı ilə Səfa Kərimov 15 gün müddətinə inzibati qaydada həbs edilib.