QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, məcburi köçkün qadınlarla evlənmiş kişilərin də müvafiq status və onu təsdiqləyən vəsiqə almasına imkan yaradılıb. Bunun üçün statusun verilməsi qaydalarına dəyişiklik edilib.

Dəyişikliyədək məcburi köçkünlüyə səbəb olan hallardan əvvəl işğal edilmiş rayonun sakini ilə nikahda olan qadınlara status verilirdi. Bunun üçün qadının öz rayonunda pasport qeydiyyatından çıxmaması və işğaldan sonra ərinin yaşadığı ünvan üzrə qeydiyyata düşməsi tələb olunurdu.

Yeni qaydaya əsasən, həmin şərtlər məcburi köçkün statusu daşıyan qadınlarla evlənmiş kişilərə də şamil ediləcək.