QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu gün bir qrup media nümayəndəsini təltif edib. Mükafat alanlar sırasında tanınmış aparıcılar da yer alıb.
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Nigar Sabir qızı Quliyevaya verilib. Nailə Hünbət qızı İslam-zadə və Orxan Fikrət oğlu Sadıqov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunublar.
“Tərəqqi” medalı Elçin Vidadi oğlu Əlibəyliyə, Mətanət Məcnun qızı Əliverdiyevaya, Jalə Sabir qızı Quliyevaya və Tural Siyavuş oğlu Dadaşova təqdim edilib.