QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sıxlıq 24 istiqamətdə qeydə alınıb.
Bakı-Sumqayıt şosesində avtomobillər “Xırdalan” dairəsinə doğru çətinliklə irəliləyir. Tbilisi prospektində isə İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyasına, həmçinin həmin stansiyadan şəhər mərkəzinə gedən hissələrdə sıxlıq var.
Ziya Bünyadov prospektində Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospektinədək, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər və Əbdülvahab Salamzadə küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət sıxlaşıb.
Heydər Əliyev prospektinin əsas və köməkçi yollarında şəhər mərkəzinə doğru, Yusif Səfərov küçəsində isə həm mərkəz, həm də Heydər Əliyev prospekti istiqamətində sıxlıq qeydə alınıb. Babək prospektində mərkəzə gedən nəqliyyatın hərəkəti də intensivdir.
Üzeyir Hacıbəyli küçəsində Azadlıq prospekti ilə kəsişməyədək, Niyazi küçəsində “Azneft” dairəsinə doğru, eləcə də Dənizkənarı küçədə Bayraq Meydanının qarşısından həmin dairə istiqamətində sıxlıq müşahidə olunur.
8 Noyabr prospektində Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesinə doğru, Xətai prospektində Heydər Əliyev prospekti istiqamətində, Atatürk prospektində isə Ziya Bünyadov prospektinə doğru hərəkət çətinləşib. Bakıxanov küçəsinin İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkına gedən hissəsində də sıxlıq var.
Məhəmməd Hadi küçəsində “Əhmədli” metrostansiyasının ətrafında, Binəqədi şosesində “Azadlıq prospekti” metrostansiyasından Binəqədi qəsəbəsinə doğru nəqliyyat sıxlığı qeydə alınıb.
Bundan başqa, 28 May küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək, Bülbül prospektində “Sahil” metrostansiyasının qarşısında və Rəşid Behbudov küçəsində Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.