QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko media nümayəndələri arasında təşkil olunan V Odun Yarma Çempionatının qaliblərini imzalı balta və iş əlcəkləri ilə mükafatlandırıb.

Belarus Müdafiə Nazirliyinin məlumatına əsasən, yarışda “VoenTV” teleşirkətinin komandası qalib gəlib. Komanda 36 rəqibini üstələyib, üzvləri isə fərdi yarışların bir neçə istiqamətində də mükafat qazanıblar. Bunlara “Prezident üsulu ilə”, “Bir zərbə ilə” və kişilər arasında odunyarma kateqoriyaları daxildir.

Belarus Prezidentinin mətbuat xidmətinə məxsus “Pul Pervoqo” teleqram kanalı Lukaşenkonun qaliblərə verilən baltadan istifadə edərək odun yardığı görüntüləri yayımlayıb.

“Jurnalistlər bilsinlər ki, işləyən təkcə onlar deyil”, – Lukaşenko videoda deyib.