QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Konqres seçkilərində saxtakarlıq olduğunu iddia edib.
Tramp bu fikirlərini “Truth Social” hesabında paylaşdığı yazıda ifadə edib. O, seçkinin dürüst keçirildiyinə inanmağın mümkün olub-olmadığını soruşub və sorğuların nəticələrinin necə bu qədər səhv çıxdığını qeyd edib.
ABŞ prezidenti bildirib ki, erkən səsvermə zamanı qeydə alınan bəzi səslərin sayı o qədər çox olub ki, nə qədər seçici səs verməyə getsəydi də, qalib gəlmək mümkün deyildi. Onun sözlərinə görə, seçici iradəsindən daha vacib amil səsvermə maşınlarıdır.
Konqresə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası böyük üstünlüklə qələbə qazanıb.