QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasında xidmət edən iki hərbçi Ukrayna vətəndaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.
İnsidentin təxminən bir ay əvvəl baş verdiyi bildirilir. Ukrayna vətəndaşı Dmitri Samuelyenko hüquq-mühafizə orqanlarına müraciətində Gümrü rayonunda iki rusiyalı hərbçinin ona hücum etdiyini deyib.
Ermənistanın İstintaq Komitəsi faktla bağlı cinayət işi açıldığını və müvafiq ekspertizaların təyin edildiyini təsdiqləyib. Hərbçilərin bu addımı hansı səbəbdən atdığı barədə hələlik məlumat yoxdur.
Rusiya hərbi bazası və Rusiyanın İrəvandakı səfirliyi insidentlə bağlı indiyədək rəsmi açıqlama verməyib.