QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-da tamhüquqlu yer tutmalı olduğunu bildirib.
O, “X” sosial şəbəkəsindəki paylaşımında Parisin tərəfdaşları ilə Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün çalışdığını qeyd edib. Makron Avropanın ortaq təhlükəsizlik sisteminin möhkəmləndirilməsini də əsas hədəflərdən biri kimi göstərib.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ nümayəndələrinin danışıqlar zamanı Kiyevdən NATO üzvlüyü qarşılığında Donbasdan qoşunlarını çıxarmağa razı olub-olmayacağını soruşduğunu açıqlamışdı.
Zelenski Ukraynanın neytral statusunun Konstitusiyada təsbit edilməsinə etiraz etdiyini deyib. Onun qənaətinə görə, bu addım ölkəyə uzunmüddətli təhlükəsizlik zəmanəti verməyəcək.