QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, noyabrın 16-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi ərazilərdə yağıntının qısamüddətli intensivləşməsi mümkündür.

Səhər saatlarında yağış tədricən dayanacaq, gün ərzində hava əsasən yağmursuz olacaq. Güclü şimal-qərb küləyinin axşama doğru zəifləyəcəyi bildirilir.

Paytaxt və Abşeronda gecə 7-9, gündüz isə 10-12 dərəcə isti gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntının güclənməsi və şimşək çaxması ehtimalı var. Axşam saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək, bəzi yerlərdə duman müşahidə oluna bilər.

Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Rayonlarda gecə 5-9, gündüz 14-17 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-7, gündüz 0-3 dərəcə şaxta gözlənilir.