QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Knessetdə təmsil olunan “Birləşmiş Ərəb Siyahısı”nın (RAAM) rəhbəri Mansur Abbas HƏMAS-ı rəsmi olaraq terror təşkilatı elan etməyi planlaşdırır.
Abbas bu mövqeyini noyabrın 28-də “Channel 12” telekanalına verəcəyi müsahibədə açıqlayacaq.
Bu qərar partiyanın Qadi Qadi Ayzenkotun rəhbərlik etdiyi hökumət koalisiyasına qoşulmasına şərait yarada bilər. Koalisiya HƏMAS-ın terror təşkilatı kimi tanınmasını gələcək hökumətin bütün üzvləri üçün məcburi şərt kimi irəli sürür.
Oktyabrın 27-də 120 yerlik Knessetə keçirilən seçkilərdə ərəb partiyaları ümumilikdə 19 mandat əldə edib: RAAM 8, “Birləşmiş Siyahı” koalisiyası isə 11 yer qazanıb.