QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Mayami Beynəlxalq Hava Limanında UPS aviaşirkətinin Boeing 767 yük təyyarəsi ilə Copa Airlines-a məxsus sərnişin təyyarəsi olan Boeing 737 yerüstü hərəkət zamanı toqquşub.

Hadisə iki hərəkət zolağının kəsişdiyi ərazidə baş verib. İlkin məlumatlara əsasən, toqquşmada xəsarət alan olmayıb.

Hava limanının kommunikasiya direktoru Qreq Çin bildirib ki, hadisə hava limanının işinə təsir etməyib.