QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, həkim, “Healthnet” Milli Texnoloji Təşəbbüsünün və “Sağlamların Sağlamlığı” İttifaqının eksperti Andrey Martyuşev-Poklad damarlar üçün zərərli qida kombinasiyalarından danışıb.
Mütəxəssis xüsusilə ponçikləri və yağda qızardılmış kartofu riskli məhsullar sırasında göstərib. Onun bildirdiyinə görə, bu qidalar damarların daxili qatı olan endotelə mənfi təsir edir və insulinin normadan artıq ifrazına yol aça bilər.
Həkim qeyd edib ki, şəkər və nişasta qlikasiya məhsullarının əmələ gəlməsini, eləcə də oksidləşdirici stressi sürətləndirir.
Martyuşev-Pokladın sözlərinə görə, linol turşusu ilə zəngin bitki yağları yüksək temperaturda qızdırıldıqda lipidlərin oksidləşməsi baş verə, nəticədə zərərli birləşmələr yarana bilər.