QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, noyabrın 5-i saat 17:00-a olan məlumata əsasən, ölkənin bəzi ərazilərində küləkli və yağışlı hava qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 22 m/s, Mingəçevirdə isə 18 m/s təşkil edir.

Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Şabran və Qobustanda arabir yağış yağır.