QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Zaur Mikayılov Naxçıvana səfəri zamanı su təsərrüfatı sahəsində fəaliyyət göstərən iki qurumun inzibati binasına baş çəkib.
O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Su İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin, həmçinin Agentliyin tabeliyindəki İri Şəhərlərin Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin binalarına baxış keçirib.
Təmir başa çatdıqdan sonra həmin məkanlara ilk dəfə gedən Agentliyin sədri iş şəraiti və infrastrukturla tanış olub, əməkdaşların fəaliyyəti üçün yaradılmış imkanları nəzərdən keçirib.
Əməkdaşlarla görüşdə Mikayılov xidmətlərin keyfiyyətinin artırılmasının, işlərin səmərəli qurulmasının, vətəndaş məmnunluğuna nail olunmasının və xidmətlərin daha operativ göstərilməsinin əhəmiyyətini qeyd edib.