QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Kazımabad kəndində fərdi yaşayış evində yanğın baş verib.

Adil Əliyevə məxsus, kürsülü və bir mərtəbəli, 80 kvadratmetr sahəsi olan evdə qəfil alovlanma qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri göndərilib. Yanğın evin və içərisindəki əşyaların tamamilə məhv olması ilə nəticələnib.

Məlumata əsasən, həmin yaşayış evi təxminən bir ay əvvəl satın alınıb.

Faktla bağlı araşdırma aparılır.