QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, sabah Bakının bəzi ərazilərində içməli su təchizatında fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədilə Səbail rayonunun bir sıra ərazilərində suyun verilişi məhdudlaşdırılıb.

Məhdudiyyət Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümid, Sahil, Qızıldaş, Buta, Korgöz və Şanqar qəsəbələrini, eləcə də AZNS yaşayış massivini əhatə edir.

Su təchizatının gün ərzində mərhələli şəkildə bərpa olunacağı gözlənilir.