QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Joze Mourinyo Kristiano Ronaldonun Portuqaliya millisində çıxışını dayandırmaq qərarına münasibət bildirib. O, hər kəsin futbolçunun seçiminə hörmət etməli olduğunu deyib.

Mourinyo Ronaldonun futbolçu karyerasını hələ başa vurmadığını vurğulayıb. Onun sözlərinə görə, futbolçunu tanıyanlar qarşıda karyerası ilə bağlı məqsədlərinin qaldığını bilirlər.

Mourinyo Ronaldonun gələcəkdə məşqçi olub-olmayacağı barədə fikir bildirmək üçün hələ tez olduğunu söyləyib. O, arzusunun futbolçunun meydandakı karyerasını başa vuracağı günün tamamilə fərqli olması olduğunu qeyd edib.