QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Fransada məktəb avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində iki nəfər ölüb, 16 nəfər xəsarət alıb; yaralılardan üçünün vəziyyəti ağırdır.
Açıqlamada bildirilib ki, Lent qəsəbəsi yaxınlığında avtobus hələlik səbəbi müəyyən edilməyən şəraitdə qəzaya düşüb. Hadisə yerinə təcili yardım briqadaları və hüquq-mühafizə əməkdaşları göndərilib. Vətəndaşlara qəza zonasına yaxınlaşmamaq tövsiyə olunub.