QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, “Sabah”ın futbolçusu Timoteuş Puxaç Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Vikinq”lə qarşılaşmada mübahisəyə səbəb olan hərəkət edib. Komandası həmin oyunda 1:4 hesabı ilə məğlub olub.
“Vikinq”in oyunçuları komanda yoldaşlarından biri zədələnəndə topu meydandan çıxarıblar. Lakin Puxaç oyun bərpa olunduqdan sonra topu rəqibə verməyib və feyr-pley prinsipinə əməl etməyib.
27 yaşlı futbolçunun davranışı Norveç azarkeşlərinin etirazına səbəb olub. Həmin andan etibarən tribunalar onun hərəkətlərini fitə basıb. Oyundan sonra Puxaçın verdiyi açıqlama da narazılığı artırıb: o, bunu bilərəkdən etdiyini və üzr istəməyəcəyini deyib.
Norveçli jurnalistin sualını cavablandıran futbolçu bildirib: “Bəli, bunu qəsdən etdim. Məni komandamın qələbəsi maraqlandırır”.
Norveç mediası Puxaçı tənqid etməkdə davam edir.