QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İspaniya La Liqa 2-də keçirilən “Tenerife” – “Andorra” matçı 2:2 hesabı ilə başa çatıb. Görüşün son dəqiqələrində faciə baş verib.

“Tenerife”nin hücumçusu Xesus de Migel rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub. Hadisədən sonra De Migel huşunu itirərək yerə yıxılıb, ürəyi dayanıb.

Həkimlərin müdaxiləsi nəticəsində futbolçunun həyatını xilas etmək mümkün olub. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

“Tenerife” klubu bu gün yaydığı məlumatda Xesus de Migelin xəstəxanada vəfat etdiyini açıqlayıb.