QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhər saatlarından 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yarımadanın bəzi ərazilərində yağışın qısamüddətli intensivləşməsi və şimşək çaxması mümkündür.
Ölkənin rayonlarında qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi, fasilələrlə yağıntı düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış, şimşək və dolu, dağlıq ərazilərdə isə qar ehtimalı var.
Yağıntıların çaylarda sululuğu artıracağı, Böyük Qafqaz və Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və selə səbəb ola biləcəyi istisna edilmir.