QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi müharibənin 1717-ci günü üzrə Ukrayna ordusunun itkiləri ilə bağlı rəqəmləri yeniləyib.
Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumatı açıqlayıb. Onun sözlərinə görə, “xüsusi əməliyyat” başlayandan bəri 674 təyyarə, 284 helikopter, 281 043 pilotsuz uçuş aparatı, 672 zenit-raket kompleksi, 31 548 tank və digər zirehli texnika, 1 795 reaktiv yaylım atəşi sistemi, 36 871 artilleriya qurğusu və minaatan, eləcə də 76 478 xüsusi hərbi avtomobil texnikası məhv edilib.