QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda bir neçə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, naməlum şəxs müxtəlif vaxtlarda evin zirzəmisindən məişət əşyaları, tikiş sexindən, yarımtikilidən və şirkətlərdən birindən elektrik avadanlıqları götürüb. Oğurlanan avadanlıqların ümumi dəyəri 10 880 manat olub. Şəxs əməllərini gizlətmək məqsədilə müşahidə kameralarını da sıradan çıxarıb.

Polisin Abşeronda keçirdiyi tədbirlər nəticəsində oğurluqlarda şübhəli bilinən D. Həsənov tutulub. Faktlarla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma davam edir.