QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakıda avtomobilin vurduğu piyada iki gün sonra vəfat edib.
Hadisə noyabrın 3-də paytaxtın Nizami rayonu ərazisində baş verib. “Ford Transit” markalı avtomobil 65 yaşlı Mehman İbrahim oğlu Süleymanovu vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə çatdırılıb. O, noyabrın 6-da həmin tibb müəssisəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.