QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsində “Seltik”lə “Beşiktaş” arasında keçirilən dördüncü turun görüşündən sonra azərbaycanlı azarkeşə jest olunub. Matç Şotlandiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Kolumbiyalı hücumçu Kamilo Duran final fitindən sonra əlində Azərbaycan bayrağı olan Qlazqo Universitetinin tələbəsinin çağırışına cavab verib. O, gəncin yanına gələrək formasını ona hədiyyə edib.

“Qarabağ”ın sabiq hücumçusu Duran həmin qarşılaşmada iki dəfə fərqlənərək komandasının qələbəsində mühüm rol oynayıb.