Qafqaz News Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə 5 cinayət işi başlanıb. Hərbi Prokurorluqdan verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri göstərərək, özlərini psiqiki və nevrotik pozuntularla simulyasiya edir, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirdiklərini iddia edirlər. Bu cür davranışlar nəticəsində həqiqi hərbi xidmətdən yayınmağa cəhd göstərildiyi qeyd olunub. Cari ilin iyul və oktyabr çağırışları dövründə Gəncə şəhər idarəsi, İmişli rayon şöbəsi, Qobustan və Şuşa rayon bölmələrində qeydiyyatda olan çağırışçılarla bağlı Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanıb və istintaq davam edir.
Azərbaycanda hərbi xidmətdən yayınma ilə bağlı 5 cinayət işi başlanıb
Azərbaycanda çağırış yaşında olan şəxslərin müxtəlif yollarla həqiqi hərbi xidmətdən qaçmağa cəhd etdiyi barədə cinayət işləri başlanılması barədə məlumat yayıb.
Mənbə: No Comment
(2 Noyabr 2026)