QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, bəzi insanlar xoşbəxtliyi həyatını sevdiyi insanla bölüşməkdə tapsa da, digərləri üçün müstəqillik və şəxsi rahatlıq daha önəmlidir. Bu səbəblə bəzi bürclər uyğun olmayan münasibətdənsə tək qalmağa üstünlük verirlər.
Yüksək gözləntilər, inciməkdən çəkinmək, şəxsi sərhədləri qorumaq və macəra axtarışı bu seçimin mümkün səbəbləridir. Tənhalıqda özünü rahat hiss edən və müstəqil yaşamağı bacaran bürclər arasında Əqrəb, Qız, Xərçəng, Balıq və Oxatan göstərilir.
Əqrəb
Əqrəblər düşüncəli və qapalı xarakterləri ilə tanınır. Münasibətdə dürüstlük, etibar və anlaşma onlar üçün vacibdir. Özlərinə uyğun birini tapmadıqda tək qalmaqdan çəkinmirlər.
Qarşı tərəfin səmimiyyətinə şübhə etdikdə və ya şəxsi sərhədlərinin aşılmasını hiss etdikdə münasibəti davam etdirmək əvəzinə özlərinə vaxt ayırırlar.
Qız
Qız bürcündən olanlar müstəqilliklərinə və şəxsi həyatlarına önəm verirlər. Məsuliyyətli yanaşmaları, nizam-intizama meylləri və mükəmməllik axtarışları şəxsi vaxtlarını yüksək qiymətləndirmələri ilə əlaqələndirilir.
Gözləntilərinə uyğun gəlməyən biri ilə münasibət qurmaq əvəzinə, öz meyarlarından geri çəkilmədən subay qalmağı seçə bilirlər.
Xərçəng
Qayğıkeş və şəfqətli Xərçənglər tək olduqları vaxt da özlərini rahat hiss edə bilirlər. Ev və şəxsi məkan onlar üçün güvən duyğusu yaradan əsas amillərdəndir.
Dərin bağlılıq qursalar da, arzuladıqları sevgi və anlayışı hər zaman tapa bilmirlər. Asanlıqla incindikləri üçün bəzən öz dünyalarına qapanır, subaylığı emosional yaralardan qorunmaq baxımından daha etibarlı yol sayırlar.
Balıq
Balıqlar romantikliyi ilə seçilsələr də, tək qalmağa da meyllidirlər. Təsəvvürləri zəngin olduğundan daxili aləmlərində vaxt keçirməkdən zövq alırlar.
Onlar üçün daxili tarazlıq və emosional rahatlıq ön plandadır. Ətraflarından sevgi və diqqət gördükdən sonra yenidən öz dünyalarına çəkilmələri mümkündür; bu da münasibət əvəzinə subaylığa yönəlmələrinə səbəb ola bilər.
Oxatan
Müstəqil və macəra sevən Oxatanlar yeni təcrübələr yaşamağı, dünyanı kəşf etməyi həyatlarının mühüm hissəsi sayırlar. Münasibətdə olarkən də partnyorlarının onların həyat tərzinə və macəra istəyinə uyğunlaşmasını gözləyirlər.
Azadlıqlarını daraldan, həyatlarını yeknəsəq edən münasibət əvəzinə öz yolları ilə getməyi üstün tuturlar. Oxatanlar üçün subaylıq yeni macəralar yaşamaq imkanıdır.