QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko media nümayəndələrinin V odun doğrama çempionatına dəstək məqsədilə yarış iştirakçılarına qoşulub.
Özünün doğulduğu bölgədə komandasına qatılan dövlət başçısı odun doğrayıb. Lukaşenko bunu jurnalistlərin də zəhmət çəkdiyini qeyd etməklə əsaslandırıb.
Prezident Belarus istehsalı olan şəxsi iş baltasına avtoqrafını yazaraq çempionatın qalibinə verib. Hədiyyəyə onun şəxsi əlcəkləri də əlavə olunub.
V çempionat noyabrın 8-də Minsk vilayətində, Vyaça su anbarının sahilində təşkil edilir.